turklehceleri.org

külək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

külək

is.
1. Havanın üfüqi istiqamətdə hərəkətindən ibarət təbiət hadisəsi; yel. Külək əsir. Külək birdən kəsdi. Külək tutan yer. – Gecələr, gecələr, sonsuz gecələr; Çılğın küləkləri quduz gecələr! M.Müşfiq. Külək [Dürrənin] getməsinə mane olub paltarını sanki cırmaq istəyirdi.. S.Vəliyev. • Külək mühərriki – külək vasitəsilə hərəkətə gələn mühərrik.
2. məc. Təşbehlərdə sürət, itilik, cəldlik mənasında. Külək kimi yerimək. – Qoymaram başına açsınlar kələk; Duruşun buluddur, yerişin külək. M.Müşfiq. ‣ Külək hayana əssə, o yana əsmək – möhkəm əqidəyə sahib olmamaq, tez vəziyyətə uyğunlaşmaq, fikrində sabit olmamaq.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

külək

rüzgâr


Son arananlar: