turklehceleri.org

Biixtiyar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

biixtiyar

zərf [fars. bi... və ər. ixtiyar]
1. İxtiyarsız, qeyri-iradi, qeyri-ixtiyari (olaraq), özü istəmədən, özündən asılı olmayaraq. Biixtiyar ağlamağa başladı. – Məstanə gözlərini görüb sərxoşam müdam; Biixtiyar sakini-meyxanəyəm yenə. Kişvəri. Biixtiyar ovcumdakı dəni yerə səpərdim. Cücələr bir-birini döşləyərək səpdiyim dəni dimdiklərdi. A.Şaiq. [Məryəmin] gözləri axdı, başı çiyninə əyildi və iki əli də biixtiyar düşüb sallandı. B.Talıblı.
2. Hüquqsuz, ixtiyarsız, əlində ixtiyarı olmayan. İmama ixtiyarın vermə, hərgiz uyma, təkbirə; Özün, kim faili-muxtarsən, biixtiyar olma. S.Ə.Şirvani.


Son arananlar: