turklehceleri.org

Ağıl

Türkiye Türkçesi – Arı Duru Türkçe Sözlüğü (Kuleli, 2013)

ağıl

[Köken: Anlam daralması] Ağıl, Kora

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

ağıl

и. 1) кәртә, кутан (киртәләнеп алынган туплавык, утар); 2) ай яисә кайбер яктырак йолдызлар тирәли пәйдә була торган якты алка

Arı Duru Türkçe – Türkiye Türkçesi Sözlüğü (Kuleli)

ağıl

1. Ahır

Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)

ağıl

Türkiye Türkçesi: ağıl
Azerbaycan Türkçesi: ağıl
Başkurt Türkçesi: abⱬar
Kazak Türkçesi: kora avla
Kırgız Türkçesi: ağ malkana
Özbek Türkçesi: màlⱨànä àğıl korä
Tatar Türkçesi: abzar
Türkmen Türkçesi: ãğıl
Uygur Türkçesi: eğil kora kotan
Rusça: zagon skótnıy dvor ovçam'a

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ağıl

I. is. [ər.]
1. İnsanda düşünmə və dərketmə qabiliyyəti; zəka. // Şüur, idrak. Bu növcavan gülüzlü, xoşsifətli olub, ağıl və kamalı üzündən məlum edirdi. N.Nərimanov. Ağıl deyir, qalmayacaq yer üzündə qandan əsər; Hər könülə ilham kimi gələcəkdir gözəl səhər. S.Vurğun.
2. Hafizə, zehin, xatir, yad, yaddaş, fikir. Ağlımda heç bir şey qalmadı. Ağlıma indi gəldi. Səninlə oxumağım heç ağlıma gəlmir. – Hər kəs ağlına hər nə çatır, əmələ gətirir. M.F.Axundzadə. ‣ Ağıl dəryası – çox ağıllı, çox bilikli, dərin məlumatlı (bəzən zarafat və istehza ilə deyilir). Ağıl dişi – bax. diş. Ağıl eləmək – baş işlətmək, fikirləşmək, düşünmək, mülahizə etmək, fikirləşib bir yol tapmaq. Ağıllı ağıl eyləyincə, dəli vurdu Kürü keçdi. (Ata. sözü). Ağıl öyrənmək – başqasından bilik və təcrübə əxz etmək, ibrət götürmək, ibrət dərsi almaq. Ağıl öyrətmək – yol göstərmək, iş öyrətmək, nəsihət vermək. Hər iş adama bir ağıl öyrədir. (Ata. sözü). Ağıl vermək – başına ağıl qoymaq, öyüd vermək, yol göstərmək, pis yoldan uzaqlaşdırmaq. Ağıl-ağıla vermək – bir yerdə oturub düşünmək, fikirləşmək, məsləhətləşmək. Ağıldan kasıb (kəm, naqis) – axmaq, gic, ağlı az, zehni cəhətdən az inkişaf etmiş. Eh, ay əmioğlu, sən də məndən beşbetər ağıldan kasıbsan, ha! M.Hüseyn. Ağla batmaq (yatmaq) – inana bilmək, mümkün hesab etmək, inanmaq. Anasının sözləri Dilarənin ağlına batdı. M.İbrahimov. Doktorun sözü ağlıma batdı. Mir Cəlal. [Bəşir:] Məsləhətin bəd deyil, ağlıma yatır, anam da məni rahat qoymur. S.S.Axundov. Ağla çatmaq – anlaya bilmək, düşünə bilmək, dərk edə bilmək. Ağla sığmaq – inanıla bilmək, mümkün olmaq. Ağlı azmaq – 1) dəli olmaq, ağlını çaşdırmaq, ağlını itirmək; 2) sözünü, hərəkətini, işini bilməmək, başdan çıxmaq. Ağlı (başından) oynamaq – dəli kimi olmaq, ağlı çaşmaq. Ağlı ala qayada – huşu başında olmayan, huşu dağınıq, fikri ayrı yerlərdə olan adam haqqında. Ağlı başına gəlmək – 1) özünə gəlmək, ayılmaq; 2) məc. ağıllanmaq, pis işdən, avaralıqdan əl çəkib doğru yola düşmək, düzəlmək. Ağlı başında – ağıllı, dərrakəli, düşüncəli, öz işini, xeyrini-zərərini bilən adam haqqında. Ağlı başında olmaq – öz işi və hərəkətlərində ayıq və dərrakəli olmaq, öz xeyir və zərərini bilmək. Ağlı başından çıxmaq – 1) bax. ağlı başından getmək – 3-cü mənada; 2) məc. bərk hirslənmək, acığı tutmaq. ..Bir gün eşitdik ki, kəndin yaxınlığında pələng üç inək parçalamışdır, ağlım başımdan çıxdı. A.Şaiq. Ağlı başından getmək – 1) ağlını itirmək, ağlını çaşdırmaq, dəli olmaq, sərsəmləmək; 2) məc. azmaq, doğru yoldan çıxıb pis yola düşmək; 3) məc. məftun olmaq, vurulmaq, valeh olmaq. Ağlı çaşmaq – çaşıb qalmaq, nə edəcəyini bilməmək. [Hacı Həsən:] Ay arvad, sən Allah, tez ol, durma! Bilmirəm [Şeyx şəhərin ölülərini] dirildəcək, ya diriltməyəcək. O bağlıdır ağanın iltifatına. Mənim özümün də ağlım çaşıb; Heç bilmirəm nə cür dirildəcək? C.Məmmədquluzadə. Ağlı getmək – bax. ağlı başından getmək 3-cü mənada. Ağlı kəsmək – 1) ağlına batmaq, inanmaq, güman etmək, etiraf etmək; mümkün bilmək. Tükəz xalanın ağlı kəsdi, hər nə fənd olursa olsun kişini qurtarmaq lazımdı. S.Rəhimov; 2) anlamaq, başa düşmək. [Tapdıq] xüsusilə üç yaşı tamam olandan və yavaş-yavaş da olsa ağlı kəsəndən sonra daha tələbkar oldu. Ə.Vəliyev. Cumanın dediyinə və özünün də ağlı kəsdiyinə görə bu çox gərəkli məlumat idi. Ə.Əbülhəsən. Ağlı kəsməmək – 1) başa düşməmək, dərk edə bilməmək. Uşaqdır, ağlı kəsmir; 2) mümkün hesab etməmək, güman etməmək. [Hacı Həsən:] ..Axır ağlım kəsmir ki, gözümüz ilə gördüyümüz işlərin hamısı yalana çıxsın. C.Məmmədquluzadə. Ağlı uçmaq – bax. ağlı getmək. Ağlı(nı) baş(ın)a yığmaq – ağıllanmaq, ağıllı olmaq, öz hərəkətini ölçüb-biçmək, fikirləşmək, düşünmək. Ağlı(nı) uduzmaq – 1) hiyləyə aldanmaq, uymaq, gözü bağlanmaq; 2) yanılmaq, səhv etmək. Ağlına çatmaq – dərk etmək, anlamaq, başa düşə bilmək, xəyalına gətirmək. ..[Hərəmlərin] ağıllarına çatmırdı ki, Şah Abbas qəflətən bir Abbas Məhəmməd oğlu ola. M.F.Axundzadə. Ağlına gətirmək – yadına salmaq, fikrinə gətirmək, təsəvvürünə gətirmək. ..Heç ağlınıza gətirirsinizmi ki, cümə günü dükanlar bağlı olsa, cavan dükan şagirdləri .. nəyə məşğul olacaqlar? C.Məmmədquluzadə. [Səriyyə xala] gələcək qarşısında böyük bir vahimə duysa da, bir gün uşaqlarının bir tikə çörək üçün .. ona-buna əl açacaqlarını heç ağlına da gətirmirdi. M.İbrahimov. Ağlını aparmaq – başdan çıxarmaq, heyran etmək, məftun etmək, valeh etmək. Ağlını başına cəm etmək – bax. ağlını başına yığmaq. Ağlını başından çıxarmaq – 1) azdırmaq, pis yola çəkmək; 2) məc. məftun etmək, valeh etmək. Ağlını itirmək – 1) dəli olmaq; 2) bax. ağlı başından çıxmaq.

II. is. İçərisində mal-qara və qoyun saxlamaq üçün ətrafı tikan və ya ağac ilə hasarlanmış üstüaçıq yer. Qoyunlar sağılıb qurtardıqdan sonra, ağılın ağzını açarkən, ana-bala mələşə-mələşə qaçaraq bir-birinə qarışırdı. A.Şaiq. Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mələşirdi. İ.Əfəndiyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ağıl

I. zəka, şüur, idrak
{zekâ, şuur, idrak}

II. hafizə, zehin, yaddaş, fikir
{hafıza, zihin, düşünce, fikir}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ağıl

ağıl, akıl, aklıselim, basiret, bilinç, es, kafa


Son arananlar: