qışlaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qışlaq
is. Qoyun və başqa ev heyvanlarının gətirilib saxlandığı mötədil havalı və otlaqlı qışlama yeri. Heyvanlar yaylaqdan qışlağa köçdü. // Qışı keçirmək üçün bina və s. olan yer; oba, kənd. Əvvəlinci məclis Qarabağ vilayətində .. yazın əvvəlində Novruz bayramından bir gün keçmiş Təklə-Muğanlının qışlağında vaqe olur. M.F.Axundzadə. Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa; Köçər o vaxt el-oba, enər tamami qışlağa. A.Səhhət. Qışlaqda idik, payızın aydınlıq gecəsi idi. A.Şaiq. // məc. Yurd mənasında. Bir vətən eşqilə Mildə, Muğanda; Min bir oba qurub, qışlaq saldınız. S.Vurğun.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qışlaq
oba, kənd, yurd
{oba, köy, yurt}