Ayə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ayə
I. is. [ər.]
1. din. Quran surələrinin müstəqil mənası olan cümlələrindən hər biri. Yasin surəsinin ayələri. – Ancaq böyüyüb savadımı artırandan sonra bildim ki, həmin ibarə Quran ayəsidir. C.Məmmədquluzadə.
2. məc. dan. Hökm, ehkam, qanun, əmr mənasında. Onun dedikləri bizim üçün ayə deyil.
II. dan. bax. aya. [Məşədi İbad:] Qonaqlar bu evdə olanda, mən o biri otaqda səhərdən bəri fikirdə idim ki, ayə mənim eybim nədir? Ü.Hacıbəyov.