Adət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
adət
is. [ər.]
1. Hər hansı bir xalqın həyatında qədimdən bəri qəbul edilmiş və kök salmış ənənə, rəsm. Rayonlarda xurafat və köhnə adət təsirlərindən qurtulmayan işçiləri biabır edirdilər.. Mir Cəlal. // Qayda, dəb. Başına döndüyüm, ay qəşəng pəri. Adətdir dərərlər yaz bənövşəni. Qurbani. Adətdi ki, pərvanə edər narə məhəbbət. S.Ə.Şirvani. Axır, adət bu cürdür ki, kattanı camaat seçər. C.Məmmədquluzadə.
2. Bir adam üçün adi hal almış qayda, üsul, hərəkət tərzi, təmayül; vərdiş. Bahadır şam yandırıb, öz adətinə görə başladı qəzet oxumağa. N.Nərimanov. Səba xanım adəti üzrə, vəzifəsində çətinlik hiss edən adamlar kimi, boynunu çiyninə qoyaraq: – Əlacım nədir? – dedi. M.S.Ordubadi. // Xasiyyət mənasında. Səgrəqib sözünə etibar etmək; Bilməzəm, xublarda bu nə adətdi. Q.Zakir. Hərçənd xublarda bu adətdi naz olur; Sən tək və leyk naz qılan yar az olur. S.Ə.Şirvani. • Adət etmək – bir şeyi çox təkrar edərək ona alışmaq, vərdiş etmək, öyrəşmək. Gecikməyi adət etmisən ha! Səhər tezdən durmağı adət etmək. – Bəsti sürətlə və düzgün işləməyi adət etmişdi. Ə.Sadıq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
adət
I. ən’ənə
{gelenek}
II. vərdiş
{alışkanlık}
III. daim, həmişə
{daima, her zaman}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
adət
âdet, deneyim, gelenek, görenek, töre