əbədi
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əbədi
sif. və zərf [ər.]
1. Daimi, həmişəlik. Şair könlüm rübabını eşq ilə çaldı; Biz əbədi qardaş olduq: ilk bahar və mən. S.Vurğun. Sübhün əbədi aşiqləri olan boz torağaylar havalanıb səhər nəğmələrini oxuyur.. M.Rzaquluzadə. // Ölməz, daim yaşayan. Bu odlu nəğmələrdən; Parlaq, sönməz bir məşəl; Bu rəngin lövhələrdən; Qur əbədi bir heykəl. A.Şaiq. Mən elə bildim ki, ürəyim acdır; Məhəbbət əbədi bir ehtiyacdır. S.Vurğun. // Sonsuz, intəhasız, mütləq.
2. bax. əbədən. Əbədi bizə gəlməyib. Əbədi xəbərim yoxdur. ‣ Əbədi istirahət evi tənt. – qəbir. Əbədi yuxu – ölüm. Afaq dodaqlarında təbəssüm, ölüm adlanan əbədi bir yuxu içində idi. Ə.Məmmədxanlı. Əbədi yuxuya getmək, gözlərini əbədi yummaq, əbədi susmaq – ölmək, keçinmək. Qız tab eləməyib, yerə dəydi, .. əbədi olaraq susdu. T.Ş.Simurq. Neçə gündür ki, şanlı Bakı əbədi yuxuya gedən xalq şairinə öz kədərli köksündə layla çalır. S.Rəhimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
əbədi
daimi, həmişəlik
{daimi, sürekli}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
əbədi
ebedî, ezeli, ilelebet