turklehceleri.org

ab

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ab

is. [fars.] klas.
1. Su. • Abi-bəqa – bax. abi-həyat. Abi-heyvan(i) – bax. abihəyat. Əzib ləli qatıb abi-heyvana; Qənd ilə yoğurub dil-dodaq çəkib. Q.Zakir. Abihəyat – həyat suyu, dirilik suyu (əfsanələrə görə, guya zülmətdə bir çeşmənin suyu olub, onu içənlər heç ölməzlərmiş). Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı. M.V.Vidadi. Ölümümdür mənim ol ruhi-rəvansız bu gecə; Gər içəm badeyigülgün yerinə abi-həyat. S.Ə.Şirvani. Abihəyatın bir belə zahid ki, vəsf edər; Ləliləbin yanında bir əfsanədir mənə. Ə.Vahid. Abi-kövsər – 1) dini əfsanələrə görə, guya cənnətdə olan Kövsər çayının dadlı suyu. Dürlü bulaq abi-kövsər suyudur; İçəndə dad verir dəhanə, dağlar! Aşıq Xəyyam. Pəs onlar [mollalar] nə vaxtadək cənnət, abikövsər vədəsi ilə bədbəxt islam camaatının qanını soracaqlar? C.Məmmədquluzadə; 2) danışıqda və ədəbiyyatda çox vaxt şərab həmin suya bənzədilir. [Süleyman bəy:] Bəh-bəh, nə gözəl sudur! Xalis abikövsərdir! Ə.Haqverdiyev. [Mirzə Turab:] Sağ ol, Səfər ağa! Bu lap abi-kövsərdi. B.Talıblı. Abi-leysan – bax. abi-niysan. Abi-niysan – bahar yağışı, çox güclü yağış. Əmr olundu, abi-niysan; Cansızlara bəxş edə can; Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. Q.Zakir. Abi-niysan kimi məc. – niysan yağışı kimi, sel kimi, çox güclü. Biçarə çiyninə qoyub başını; Abi-niysan kimi tökür yaşını. Q.Zakir. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı qapının ağzında ayaq üstündə gözlərinin yaşını abiniysan kimi ağ saqqalından axıdırdı. Ə.Haqverdiyev. Abi-zəmzəm (Zəmzəm – Məkkədə olan və suyu müsəlmanlar tərəfindən müqəddəs sayılan quyunun adıdır) – klassik poeziyada şərab mənasında işlənmişdir. Abi-zindəgani – bax. abi-həyat.
2. məc. Göz yaşı. Bu səmavi gözü yağdırmada ab. M.Hadi.

English—Turkish Dictionary (FreeDict, 2017)

ab /ɹˈɒd/

1. (önek) -(den.), uzağa: abjure yeminle vazgeçmek
2. abdicate feragat etmek.

English—Turkish Dictionary (FreeDict, 2017)

ab /ˈab/

1. (kıs.) Bachelor of Arts üniversite diploması

English—Turkish Dictionary (FreeDict, 2017)

ab /ˈab/

1. temmuz ortasında başlayan Musevî takvimindeki ay.

English—Turkish Dictionary (Anonymous)

ab

(önek) -den
uzağa
(kısaltma) Temmuz ortasında başlayan Musevi dallığındaki ay

Explanatory Turkmen Dictionary (Kyýasowa, 2016)

ab

[a:p], at, k.d. Suw. Ab kibi rowan gelur, Ýaş kibi dowan gider (Nesimi). Içmegil, beýhuda aby, Yşkyň meýinden gana sen (Talyby). Ne derýadyr, ne ummandyr, ne abdyr? Katrasyndan içe bilmen, bu nedir? (“Nejep oglan”).

Uyghur—Turkish Dictionary (Kurban, 2016)

ab

f. Abi hawa – Abı hava. Abi hayat – Abı hayat.


Last searches: