turklehceleri.org

qalıq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qalıq

is.
1. Bir şeyin, işləndikdən sonra artıq qalmış hissəsi, parçası. Yemək qalıqları. Xörəyin qalığı. – Dümbər papiros qalığını ayağı ilə basıb söndürdü. S.Rəhman. // Tullantı. İstehsalat qalıqları.
2. Verginin və s.-nin vaxtında ödənilməmiş hissəsi. Vergi qalığı.
3. Keçmişdə olmuş bir şeyin qalmış izləri (bu mənada adətən cəm şəklində işlənir). Qədim abidənin qalıqları. Heyvanların qazıntı halında tapılan qalıqları. Köhnə məişətin qalıqları. – Əxlaq kitabları və asari-ətiqə qalıqları heç bir ölkədə keçmişdə vaqe olan işləri lazımi tərtib və təfsil ilə ifadə edə bilməz. A.Bakıxanov.
4. riyaz. Bir ədədi bir ədədə bölərkən qalan kəmiyyət.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qalıq

I. artıq
{artık}

II. tullantı
{kalıntı}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qalıq

kalan, kalıntı


Last searches: