gözaltı
Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)
gözaltı
[Köken: Uydurukça] Sak altına alma, Kamama, Kamağa alma, Tutsak etme
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
gözaltı
1. is. Sonradan almaq və ya ərə getmək üçün nəzərdə tutulan qız, yaxud da oğlan. Əlbəttə, heç bir gözaltın varmı? Ə.Sadıq. [Süsənbər Səməndərə:] Sözümə cavab vermədin, axı, bəlkə gözaltın var? B.Bayramov. • Gözaltı etmək (eləmək) – 1) sonradan almaq və ya ərə getmək, yaxud bir şeyi sonradan əldə etmək üçün nəzərdə tutmaq. Qızı gözaltı etmək. – Tahir anasının kənddə gözaltı elədiyi qızı yox, Lətifəni sevdiyini yazmışdı. M.Hüseyn. [Gülnaz:] Sən də birini gözaltı eləyib onun haqqında fikirləşərdin. H.Seyidbəyli; 2) nəzərdə tutmaq, göz qabağında tutmaq, qabaqcadan bilmək. [Kərbəlayı Məmmədəli:] Bilirsinizmi ki, oğurluq eləyən gərək binamusluğu da gözaltı eləsin. N.Vəzirov. Cuma .. özünə tay olacaq bir əsgər .. gözaltı eləməyə çalışacaqdı. Ə.Əbülhəsən.
2. zərf Başqasına bildirmədən, hiss etdirmədən; gizlincə. Gözaltı nəzər salmaq. – ..Ətrafında vüqu bulan hər bir şeyə [qadın] gözaltı baxıb diqqət yetirirdi. B.Talıblı. Məşədi Qadir bu xəbəri söyləyəndə gözaltı baxıb nə sayaq təsir edəcəyinə diqqət verirdi. T.Ş.Simurq. Qız dönüb gözaltı gözümə baxdı; Bu gizli baxışda sabahı gördüm... M.Araz.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
gözaltı
I. altdan, gizlincə
{alttan, gizlice}
II. bəyənmə, seçme
{beğenme, seçme}