Əbəs
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əbəs
sif. [ər.]
1. Nahaq, bihudə, faydasız. // Zərf mənasında. Bəslərəm can kimi, ey sevgili sərmayə, səni; Etmərəm sərf əbəs məscidə, mollayə səni. M.Ə.Sabir. • Əbəs yerə – 1) nahaq yerə, boş yerə; lüzumsuzcasına, faydasızcasına. Əbəs yerə əlləşdim. Əbəs yerə xərcə düşdüm. – [Hacı Nuru şair:] ..Amma sən əbəs yerə özünü saldın qalmaqala. M.F.Axundzadə. Könül, əbəs yerə üzmə canımı; Sonaların əhdə olmaz vəfası. Q.Zakir. [Pərzad:] Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma. N.Nərimanov; 2) əsassız, səbəbsiz, ciddi səbəb olmadan. Əbəs yerə əsəbiləşmək.
2. Xəbər şəkilçisi ilə: əbəsdir – nahaqdır, faydasızdır, xeyri yoxdur, nəticəsi yoxdur. Bütün zəhmətlərin əbəsdir. – Söylədi tülkü: – Əbəsdir bu xəyal; Məndən ol mərhəməti etmə sual. A.Səhhət. əbəs-əbəs zərf Nahaq yerə. Əbəs-əbəs neçin qaçırsan məndən; Mən ki zalım, adamyeyən deyiləm. M.P.Vaqif. Gül dilləndi: “Salmayın səs; Danışmayın əbəsəbəs”. M.Dilbazi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
əbəs
nahaq, bihudə, faydasız, boş
{yersiz, beyhude, faydasız, boş}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
əbəs
nafile