turklehceleri.org

şax-şəvəl

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

şax-şəvəl

top. Şax, ağac qırıntıları, kolkos. Yolun kənarlarını şax-şəvəl basmışdı. – Kəlbalanı yolun qırağında şax-şəvəlin içərisində zarıyan bir halda tapmış və götürmüşdülər. S.Rəhimov. Tutu dinləyib gözünü Qönçədən çəkdi, dərədəki şax-şəvələ baxdı. Ə.Vəliyev. ..Suyun bir hissəsini arxa döndərmək üçün adamlar məftillə sarınmış şaxşəvəldən hər birisi iki yük maşını boyda “qomlar” düzəldib çaya salırdılar. İ.Əfəndiyev.


Last searches: