turklehceleri.org

milçək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

milçək

is. Bəzi yoluxucu xəstəlik mikroblarını yayan qoşaqanadlı həşərat, çibin. Milçək bir şey deyil, könül bulandırır. (Məsəl). Dedi divanə: – Ey şəhi-məğrur; Mənə milçəklər eyləyir azar. S.Ə.Şirvani. ‣ Milçək vızıltısı qədər – qətiyyən, əsla təsiri olmayan söz, səs və s. haqqında. Nəzarətçinin bağırtısı milçək vızıltısı qədər də təsir eləmirdi. M.Hüseyn. Milçək qovmaq (tutmaq) – avaralanmaq, heç bir işlə məşğul olmamaq, boş-bekar dayanmaq. Milçək kimi vızıldamaq – ara vermədən, eyni sözü dönədönə təkrarlamaq. Akif əsəbi halda gəzinir. Süleyman onun dalına düşüb milçək kimi qulağının dibində vızıldayır. M.İbrahimov. Milçək uçsa eşidilər – tam sakit, xamuş, səssiz yer haqqında. Kimsə dinmir, milçək uçsa eşidərsən otaqda; Qonurgözlü bir uşaq da oturmuş bir bucaqda. S.Rüstəm.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

milçək

sinek


Last searches: