turklehceleri.org

Qaş

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qaş

is.
1. İnsanın gözləri üstündə qövs şəklində uzanan tüklərdən ibarət xətt. Qara qaş. Çatıq qaşlar (bitişik qaşlar). Qələm qaş (incə və gözəl cizgili qaş). Kaman qaş (qövs şəkilli qaş). Qaşı kaman (qaşları qövs şəklində olan). – Ey könül, qədrini bil oxlarının sinəmdə; Edib ol qaşı kəman bunları ənam sənə. S.Ə.Şirvani. Qara at nalı neylər; Qara qaş xalı neylər; Vəfalı yarı olan; Dövləti malı eylər. (Bayatı). • Qaş aldırma, qaş alma – qaşın artıq tüklərini dartıb çıxarma əməliyyatı. Kiçikbəyimi tay-tuşu ilə bərabər gəlin hamamına apardılar, sonra qaş alma və xına qoyma oldu. Çəmənzəminli.
2. Üzüyə taxılan qiymətli daş. Üzük qaşı. Firuzə qaş. Bu üzüyün qaşı brilyantdır. // Bir şeyin üzərinə vurulan qaşa oxşar bəzək. Xəncərin qaşı.
3. Yəhərdə: qaltağın dalında və qabağındakı çıxıq dik. Abbas kişi dolu bir heybə hazırlayıb yəhərin qaşına saldı. Mir Cəlal. Atlı yəhərin qaşından tutub bütün vücudu ilə səs gələn səmtə döndü. M.Hüseyn. At ağacların yanından sivişib keçdikcə yəhərin qaşına sindi. İ.Şıxlı.
4. Dağın, dərənin, təpənin qabaq tərəfi, təpədən aşağı yeri. Nəbi Həcəri atın tərkinə alıb, Gorus qaşlarıynan oxuya-oxuya Keçəl dağa tərəf getdi. “Qaçaq Nəbi”. Təpənin lətif otlarla döşənmiş seyrək ağaclı qaşı ilə yeriyir(dim). A.Şaiq. ‣ Qaş qaralmaq – qaranlıq çökmək, qaranlıq qovuşmaq. Yalnız Musa kişinin bacasından tüstü çıxmır, qaş qaralanda qapısında işıq görünmürdü. M.İbrahimov. Dördüncü gün qaş qaralarkən Rizvan ailəsi ilə kəndə qayıtdı. S.Hüseyn. Qazanxan, ardınca əllialtmış atlı, qəsrə çatanda artıq qaş qaralırdı. M.Rzaquluzadə. Qaş oynatmaq – naz-qəmzə etmək, qaşı ilə işarə etmək. Qarşıdan bir sona keçdi; Oğrun baxdı, qaş oynatdı; Müjganları cana keçdi. Aşıq Ələsgər. Qaşları düyülmək (çatılmaq) – bax. qaşlarını çatmaq. Məsum kişinin .. qaşları düyüldü. Mir Cəlal. Təəccübdən Bayramın qaşları çatıldı. M.Hüseyn. Əsgərlərin miz üstünə əyilmişdir başları; Qəzəbdənmi, kədərdənmi çatılmışdır qaşları. Ə.Cəmil. Qaşlarını çatmaq – dərin fikrə dalaraq, yaxud hiddətlənərək qaşlarını yığmaq, qaşqabağını sallamaq. Füzuli çataraq sıx qaşlarını; Leylinin eşqinə saldı Məcnunu. S.Vurğun.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qaş

I. xətt
{hat}

II. dik
{yüksek}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qaş

kaş


Last searches: