turklehceleri.org

Şirni

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

şirni

is. Qənd, şəkər, konfet, nabat və s. şirin şeylər; şirniyyat, qənnadı. Şirni almaq. Şirni yemək. – Hünər heç vaxt öz əlində bu qədər şirni görməmişdi. Mir Cəlal. At kişmiş qoxusunu alaraq, Ayaza yaxın gəldi və şirnini onun ovucundan sümürdü. Ə.Məmmədxanlı. ‣ Şirni içilmək – nişanlanmaq, üzük taxılmaq. Bir həftə sonra şirni içildi, kəbin kəsildi, toy dəsgahı Məşədi Cavadın vəfatının ili çıxmasına qaldı. B.Talıblı. Şirni içmək – nişanlamaq. [Novruzqulu:] Kəbleyi, nə vaxt buyurursunuz, şirni içməyə gələk? H.Sarabski. Şirni vermək – xoş, xeyir bir iş münasibətilə şirniyə qonaq eləmək. Təzə evin şirnisini vermək. Paltarın şirnisini vermək.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

şirni

nabat, monpası
{çerez, şeker}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

şirni

çerez


Last searches: