Mübarizə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
mübarizə
is. [ər.]
1. Bir-birinə zidd ictimai qrupların, əqidələrin, mənafelərin və s.-nin üstünlük, hakim mövqe tutmaq uğrunda bir-biri ilə fəal toqquşması. Dilsiz, sağır göylərə dirək oldu haqq səsi; Başlandı bu ölkənin meydan mübarizəsi. B.Vahabzadə. // Hər hansı məqsədə çatmaq üçün çalışma; cəhd, təşəbbüs. İllik plan uğrunda mübarizə. Qənaət uğrunda mübarizə. – Maarif sahəsində mübarizə, əsasən, tədris ocaqlarına münasibətdə meydana çıxırdı. A.Şaiq. Haqq yolunda mübarizə şüarıyla çıxdım yola; Ərəb qızı, bu əzmində sənə min-min uğur ola! N.Rəfibəyli. // Bir şeyi aradan qaldırmaq, ona qalib gəlmək üçün çalışma, fəaliyyət göstərmə. Ziyanvericilərlə mübarizə. – [Xasay] əynindəki nimdaş şal pencəyini çıxarıb alovla mübarizəyə başladı. Ə.Vəliyev. [Aydın:] Mən gəlmişəm, qızdırma ilə mübarizə aparam. H.Seyidbəyli.
2. Vuruşma, dava, döyüş. Böyük bir cəbhədə ölüm-dirim mübarizəsi getdikcə qızışır. M.İbrahimov. Vətən müharibəsi .. mərd oğullarını düşmənlə mübarizə meydanına atdı. S.Vəliyev. // Əlbəyaxa vuruşma.
3. məc. Bir-birinə zidd duyğuların, meyillərin, arzuların toqquşması, bunlardan hansı birinə üstünlük verməkdə daxilən göstərilən səy. Öz-özü ilə mübarizə. – [Zərnigar xanım] qəlbinin ən ucqar bir guşəsində gizlənib cücərməyə çalışan bu duyğudan qorxsa da, onun qol-qanad açıb güclənə biləcəyi ehtimalından dəhşətə gəlsə də, özü ilə mübarizə aparmağı bacarmırdı. İ.Şıxlı.
4. İdman yarışı; yarışma. İnadlı mübarizədən sonra neft Bakısının komandası birinci yeri tutdu. (Qəzetlərdən).
5. dan. Söyüşmə, dava-dalaş, vuruşma. Bir azdan sonra kişi bu yazığın üstünə ikinci bir arvad alardı. İki gününün arasında böyük mübarizə başlanardı. H.Sarabski.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
mübarizə
çarpışma, vuruşma, döyüşmə
{çarpışma, vuruşma, dövüşme}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
mübarizə
mücadele