ümman
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ümman
is. [ər.]
1. Böyük dəniz, dərya, okean. Bir fırtına quşu olub; Baş vurmuşam ümmanlara; Dənizdə dürr axtarmışam. R.Rza. Cüt axıb tökülür çaylar ümmana; Uca-uca dağlar lap baş-başadır. N.Rəfibəyli. // Şairanə təşbehlərdə. Xoş olar ürəyin ümmanı varsa; Sevinci, şadlığı duyanı varsa. N.Xəzri.
2. məc. Hədsiz, həddən artıq, sonsuz, çox. Ümman dərdim var mənim; Könlüm olur xar mənim; Məskənim dağlar başı; Həmdəmimdir qar mənim. (Bayatı).
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
ümman
dərya, dəniz
{derya, deniz}