turklehceleri.org

çaşbaş

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

çaşbaş

sif. və zərf Qarışıq, qatqarışıq, dolaşıq, çaş, çaşqın, çaşmış. [Şeyda:] Fikrim elə çaşbaşdır ki, Telli xala, avtobusları dəyişik salıb, sizin Göytəpə əvəzinə gedib çıxmışam Qaratəpəyə. Ə.Məmmədxanlı. • Çaşbaş qalmaq – nə edəcəyini bilməmək, qəti bir fikrə gələ bilməmək, fikri qarışmaq, çaş qalmaq, çaşbaş olmaq. [Rəşid:] Mən çaşbaş qalıb, Nailənin geniş açılmış gözlərinə, qanı qaçmış zərif dodaqlarına baxdım və küçəyə yüyürdüm. İ.Hüseynov. Çaşbaş qoymaq – fikrini qarışdırmaq, çaş qoymaq, çaşdırmaq, qəti bir fikrə gəlməyə qoymamaq. Arvad bir az da cinləndi: – Ay qızım, bu də təzə qaydalar, təzə haqq-hesablar deyil ki, məni çaşbaş qoyasınız. Mir Cəlal. Çaşbaş olmaq – bax çaşbaş qalmaq. [Axund:] Özgə molla olsaydı, çoxdan çaşbaş olmuşdu. B.Talıblı. Çaşbaş salmaq – bir-birinə qarışdırmaq, bir-birindən ayırd edə bilməmək, çaş salmaq. Kənd arasında dolaşan söhbət çoxlarını çaşbaş salmışdı. İ.Şıxlı. Yoxsa yenə nömrələri çaşbaş saldın? – deyə Validə gülə-gülə soruşdu. H.Seyidbəyli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

çaşbaş

karıxmış, çaşqın, dolaşıq, qarışıq
{dağınık, şaşkın, dolaşık, karışık}


Last searches: