yüyən
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
yüyən
is. Atın başına keçirilən kəm və cilovdan ibarət qoşqu ləvazimatı. Yüyəni atın başına keçirmək. Atın yüyənindən tutmaq. – Bir az da getmişdilər, genə Rövşən Qıratın yüyənini çəkib dönüb geri baxdı. “Koroğlu”. [Bülənd] atın yüyənini tamamilə buraxdı. Ə.Əbülhəsən. ‣ Yüyəni ələ keçmək – birindən asılı vəziyyətə düşmək, asılı olmaq, tabe olmaq. [Hikmət İsfəhaninin] deyəsən, yüyəni [Sərhəngin] əlinə keçməkdə idi. M.İbrahimov. Yüyəni ələ vermək – ixtiyarını başqalarının əlinə vermək, tamamilə asılı vəziyyətə düşmək, tabe olmaq. Yüyənindən (yüyənini) çəkmək – qarşısını almaq, saxlamaq, yığışdırmaq, həddini göstərmək. Onun yüyənini bir az çəkmək lazımdır. Yüyənini ələ keçirmək – özündən asılı vəziyyətə salmaq, özünə tabe etmək.