turklehceleri.org

nigaran

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

nigaran

sif. və zərf [fars.] Təşviş içində, rahatsız, həyəcanlı, iztirablı, narahat. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “Koroğlu”. [Soltan bəy:] Balam, o uşaqlar evdə tək qaldılar, nigarandırlar. Ü.Hacıbəyov. [Mirzə Məmmədqulu:] Məşədi Qulamhüseyn, mən evdən çox nigaranam. C.Məmmədquluzadə. • Nigaran qalmaq – bir adamın və ya bir işin tərəfindən narahat olmaq, təşvişdə qalmaq. [Qönçə:] Cavad, nə üçün nigaran qalırsan? Mənim üç gün burada qalmağımın nə zərəri var? B.Talıblı. [Səməd kişi:] Ay Rüstəm, sən Allah, bircə evə xəbər ver ki, Şahmuradı şəhərə apardım, nigaran qalmasınlar.. T.Ş.Simurq. Nigaran qoymaq – təşvişə salmaq, rahatsız etmək, narahat etmək. ..Tapdıq öz dostunu heç vaxt nigaran qoymazdı. Ə.Əbülhəsən. Bu cavab Salamı .. daha da nigaran qoydu. Mir Cəlal. Nigaran olmaq – bax. nigaran qalmaq. [Gülsüm xala:] ..Canım sənə qurban, ay bala, bilmirsən nə qədər səndən nigaran olmuşam? E.Sultanov. [Ataş] əmisindən nigaran olduğu kimi, əmisi oğlanlarından da çox incimişdi. Ə.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

nigaran

narahat, səksəkəli, həyəcanlı, iztirablı
{rahatsız, sürükleyici, heyecanlı, ıstıraplı}


Last searches: