turklehceleri.org

yelkən

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

yelkən

is.
1. Dor ağacına bənd edilən və içinə yel dolduğu zaman gəmini, qayığı hərəkət etdirən xüsusi biçimli qalın, möhkəm bez parçası. Gəminin yelkənlərini açmaq, yığmaq. • Yelkən açmaq (qaldırmaq) – yelkənləri açıb hərəkət etmək, yola düşmək. Dərviş olan gedər, gəzər dərində; Yelkən açar dayazlarda, dərində. Aşıq Ələsgər. Yelkən gəmisi – yelkənlə hərəkət edən (motorsuz) gəmi (qayıq). Yelkən çəkmək – bax. yelkən açmaq. Tez olun, yelkən çəkin, düşək yola. Yelkənləri endirmək – hərəkət edən gəminin sürətini azaltmaq və ya saxlamaq.
2. Üstünə tut və b. xırda meyvələri çırpmaq üçün iri bez parçası. Tutu yelkənə çırpmaq.
3. Badban, çərpələng. Yelkən uçurtmaq. ‣ Yelkəni suya salmaq (vermək) – təslim olmaq.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

yelkən

yelken


Last searches: