vaqif
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
vaqif
sif. [ər.] Bir işdə məlumatı, biliyi olan; xəbərdar, məlumatlı. Mirzə ən qədim Şərq elmlərindən başlamış öz gününə qədər bütün elmlərə vaqif idi. S.Rəhimov. • Vaqif olmaq – aşna olmaq, xəbərdar olmaq, məlumatı olmaq, bilmək. Nədir halın kim, olmazsan özündən vaqif, ey zail! Nəsimi. [Ay] da Vaqif kimi eşq yorğunu olaraq, təpələr arxasından sönük çöhrəsi ilə aləmə tamaşa edir, sevgi üzüntülərinin sirrinə vaqif ola bilmirdi. Çəmənzəminli. Bu adamın hər sözündə, hər hərəkətində öz işini yaxşı bilən .. və gələcəkdə nələr görüləcəyinə yaxşı vaqif olan bir adamın təmkini və sakitliyi vardı. Ə.Sadıq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
vaqif
xəbərdar, mə’lumatlı
{haberdar, bilgili}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
vaqif
vakıf