təəssüf
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
təəssüf
is. [ər.]
1. Kədərlənmə, acıma, heyifsilənmə, təəssüflənmə; kədər hissi. • Təəssüf etmək (eləmək) – bax. təəssüflənmək 1-ci mənada. [Şeyx Hadi:] Çarəsiz biz də Hindi tərk edərək; Geri döndük təəssüf eyləyərək. H.Cavid. [Əkrəm:] Təəssüf edirəm ki, sənin yazını oxuyub anlaya bilmədim. S.Hüseyn.
2. Birisinə acıma, ona canı yanma, yazığı gəlmə. • Təəssüf etmək (eləmək) – bax. təəssüflənmək 2-ci mənada. ‣ Təəssüf ki, təəssüflər olsun ki – heyif ki, əfsus ki. [Uğur:] Təəssüf ki, müharibə imkan vermədi, qurtaram. İ.Əfəndiyev. [Yaqub Aslana:] Təəssüf ki, ailəmizi tanımırsan. S.Vəliyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
təəssüf
I. heyf, əfsus
{hayıf, üzüntü}
II. rəhm, mərhemət
{şefkat, merhamet}
III. mə’yusluq, pərtlik, dilxorluq
{karamsarlık, perişanlık, kederlilik}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
təəssüf
teessüf