sərxoş
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sərxoş
sif. [fars.] İçmiş, kefli. Sərxoş adam. – Yusif sərxoş (z.) halda, o tərəfə-bu tərəfə yırğalana-yırğalana gəlib çıxdı. S.S.Axundov. • Sərxoş etmək (eyləmək) – kefləndirmək, məst etmək. [Tərxan:] Etdi sərxoş məni bu bircə qədəh. A.Şaiq. Sərxoş olmaq – içib keflənmək. Səməd artıq sərxoş olduğunu, bir az da dayansa bəlkə çox şeylər danışacağını hiss etdi. İ.Hüseynov. // İs. mənasında. Dəli sərxoşdan qorxar. (Ata. sözü). // klas. Məc. mənada. Əzizim, məzə sizdə; Mey sizdə, məzə sizdə; Mən sənin sərxoşunam; Meysiz də, məzəsiz də. (Bayatı). // klas. Göz haqqında – xumar, süzgün. Dəli könül, gör başına bir çarə; Gözü sərxoş, zülfü ilan gəlməmiş. Q.Zakir. ‣ Sovet dövründə: Sərxoşları ayıltma məntəqəsi – sərxoşları ayıltmaq üçün tibb məntəqəsi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
sərxoş
məst, kefli
{mest, keyifli}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
sərxoş
içkili, sarhoş