Canamaz
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
canamaz
is. [fars.] din. Üstündə namaz qılmaq üçün xüsusi şəkildə tikilib hazırlanan dördkünc parça. Qədim axşam evə qayıtdıqda, arvadının birisi onun üçün dəstəmaz almaq üçün su hazır etsəydi, o birisi canamaz hazırlayırdı. T.Ş.Simurq. [Kişi] bir bucaqda salınmış qələmkar canamaz üstə qiraətlə namaz qılır. H.Sarabski.