tənbeh,
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tənbeh
is. [ər.] Məzəmmət, danlama, danlaq. Pərşan pis bir tənbeh eşidəcəyi duyğusu ilə anasının qoluna qısıldı. M.İbrahimov. • Tənbeh etmək (eləmək) – məzəmmət etmək, danlamaq. Uşağı tənbeh etmək. – [Hacı Bayram:] Günahım varsa tənbeh eləyin, yox isə qalım burada. Ə.Haqverdiyev. // Ümumiyyətlə, cəza. [Hökumət] kəndlərdə tənbeh üçün qazaq qoyurdu. E.Sultanov. Xırda işlərdən ötrü suda düşən işlər və yüngül tənbehlərin hamısı manifestə düşür. C.Məmmədquluzadə. • Tənbeh etmək (eləmək) – cəzalandırmaq. Uşağı nadinclik üstündə tənbeh etmək. – Bayraməli arvadının qaçmağından xəbərdar olub, ona tənbeh eləmək üçün tutub, əl-ayağını bağlayıb sabahadək döyür, bir neçə dəfə də əlindəki xəncərlə başını kəsmək istəyir. Çəmənzəminli.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tənbeh
tembih