əntiqə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
əntiqə
1. bax. əntiq. [Fizzə:] Çox sağ ol, çox gözəl, çox əntiqə hədiyyələr gətiribsən mənə. Ə.Məmmədxanlı. Səhər Bağdad bazarını gəzib bu xanım üçün əntiqə bir hədiyyə almaq lazım idi. M.S.Ordubadi. // Çox gözəl, çox qəşəng. Əntiqə bir qız. – Toppuşun .. başı üçün, lap əntiqə bir yumru oğlan oldun! – deyə dəllək onun döşündən açdığı ağı küncə tullayıb, başqa döşlük götürdü. S.Rəhimov.
2. Qəribə, əcibə. Əntiqə adamsan. Əntiqə şeydir.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
əntiqə
qəribə, əcibə, əcaib
{garip, ucube, acayip}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
əntiqə
antika