tədarük
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tədarük
is. [ər.] Bir şeyi qabaqcadan hazırlama; bir işi görmək üçün əvvəlcədən hazırlıq görmə; hazırlıq, ehtiyat. Yun tədarükü. Heyvanlar üçün yem tədarükü. // Həmin şeylərin özü. Bəylə xanımın çamadanı və yol tədarükü daşındı. Ə.Vəliyev. • Tədarük etmək (görmək) – (qabaqcadan) hazırlamaq, hazırlıq görmək, ehtiyat görmək. [Əmir:] Mürəxxəssiniz, gedin, qoşun tədarük edin. Ü.Hacıbəyov. [İmamverdi:] Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yol gəlib, acdır. S.S.Axundov; // hazırlaşmaq, hazırlıq görmək. [Kəblə Rəcəbəli:] Çox gözəl! Axşam üçün tədarük görərik. Ə.Haqverdiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tədarük
hazırlıq, ehtiyat
{hazırlık, temkin}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tədarük
tedarik