turklehceleri.org

müsibət

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

müsibət

is. [ər.]
1. Bəla, fəlakət, afət. Müsibətə düşmək. Müsibətdən qurtarmamaq. – Birisinin başına bir müsibət gələndə yenə bir yandan bir qəlb təskinliyi olur. C.Məmmədquluzadə. [Musa:] Kişi gərək hər müsibətə mərdanəlik ilə davam eləyə. Ə.Haqverdiyev. • Müsibət çəkdirmək – başına bəla gətirmək, əziyyət vermək, çox incitmək. Müsibət çəkmək – başı bəlalar çəkmək, məşəqqət görmək, ağır vəziyyət keçirmək. Amma çox müsibət çəkib, çox padşahlar öldürüb sonra murada çatarsan. (Nağıl).
2. Matəm, yas, ölüm hadisəsi, faciə, bədbəxtlik. Bu müsibətdə, cənab Allah dərgahından sizə səbir, təskinlik diləməkdəyəm. M.S.Ordubadi. Qardaşım bu vaxta qədər nə üçün gəlmədi? Başıma gələn qara müsibətdən xəbəri yoxdurmu? A.Şaiq.
3. Müsibətlə şəklində zərf – çox böyük çətinliklə, əzab-əziyyətlə, zorla (çox zaman “ənvai-müsibətlə” şəklində işlənir). Müsibətlə işi görüb qurtarmaq. – Min ənvaimüsibətlə qayaya dırmaşdı. “Koroğlu”. Kişi ənvai-müsibətlə qapının qıfılını sındırardı və açardı. H.Sarabski.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

müsibət

bəla, afət, fəlakət, bədbəxtlik, zaval, kədər, iztirab
{bela, afet, felaket, bedbahtlık, zeval, acı, ıstırap}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

müsibət

musibet


Last searches: