turklehceleri.org

ciyər

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ciyər

ağ ciyər anat. – insan və onurğalı heyvanlarda döş qəfəsində yerləşən tənəffüs orqanı (bu mənada adətən ciyər şəklində işlənir). Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Çəmənzəminli. [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq döşündən çıxmışdı. Ə.Sadıq. Qara ciyər – insan və heyvan bədəninin öd hasil edən və maddələr mübadiləsi ilə bağlı bir sıra mühüm prosesləri törədən daxili orqanı; bağır. ‣ Ciyər dolusu – dərindən. Göyçək ciyər dolusu nəfəs alıb köksünü ötürdü. Ə.Vəliyev. Ciyər eləmək – ürək eləmək, ürəklənmək, cəsarət etmək. Səd parə könül, xövf eləmə tiri-bəladən; Mərdanə bu meydanə qədəm qoy, ciyər eylə. S.Ə.Şirvani. Ciyəri dağlanmaq – bax ciyəri yanmaq. Ciyəri qana dönmək – bərk mütəəssir olmaq, ürəyi qan olmaq. Ciyərim qanə dönüb, dərdü bəla gördüm əcəb. S.Ə.Şirvani. Ciyəri odlanmaq – 1) bax ciyəri (od tutub) yanmaq; 2) susuzluqdan yanmaq. Ciyəri (od tutub) yanmaq – bərk mütəəssir olmaq, acımaq. Zakirinəm, ey bivəfa dilbərim; Qoy baxsın üzünə həsrət gözlərim; İntizar çəkməkdən yanır ciyərim. Q.Zakir. Qulu kişi bərk ufuldadı. Elə bil ciyəri od tutub yandı. H.K.Sanılı. Ciyərin yansın! – qarğış ifadəsi. [Telli:] Məni qınayan, ciyərin yansın! Ə.Məmmədxanlı. Ciyərinə od düşmək – bax ciyəri (od tutub) yanmaq (odlanmaq). Buyurdular ki, vallahi, hər bir qoca, cındır libasda hammal görəndə ciyərimə od düşür, nəfəsim darıxıb az qalır ki, bihuş olub yıxılam. N.Vəzirov. Ciyərini çıxardaram! – hədə, qorxu ifadəsi. Ciyərini dağlamaq (yandırmaq) – bax. ürəyini yandırmaq (“ürək”də). [Düşmən başçısı] Qazan xandan hayıf almaq, [xanın] ciyərini dağlamaq istəyirdi. M.Rzaquluzadə. Ciyərini kabab eləmək (etmək) – bax ciyərini dağlamaq. Ciyərinin başı sökülmək – ürəkdən acımaq, halına yanmaq, bərk mütəəssir olmaq. Xəstə uşağı gördüm, ciyərimin başı söküldü.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

ciyər

ciğer


Last searches: