tullanmaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tullanmaq
f.
1. Sıçramaq, hoppanmaq, atılmaq, atılıb-düşmək. Harın at qalxdı dik ayaq üstə; Ox dəyən ahu kimi tullandı. A.Səhhət. Qatar gedə-gedə Rüstəm tullanıb, birbaş kəndlərinə doğru yollandı. T.Ş.Simurq. // Paraşütlə atılmaq, enmək, düşmək. Təyyarənin ağır zədələndiyini görən təyyarəçi paraşütlə dənizə tullandı. Ə.Vəliyev.
2. Bir şeyin üstündən atlanıb keçmək, aşmaq, aşıb keçmək, üstündən hoppanmaq. Tullan bağda hasarı; Ya ağ geyin, ya sarı. (Bayatı). Ağaclara dırmanır; Kiçik arxdan tullanır. M.Dilbazi.
3. İdmanın hündürlüyə və uzununa tullanmaqdan ibarət yüngül atletika növü. [Katib:] Qəmər çox zirək qızdır. Bildir rayonda yüyürməkdə birincilik, tullanmaqda ikincilik qazandı. Ə.Vəliyev. Çeviklik üçün edilən hərəkətlər .. idman alətlərində edilən gimnastika hərəkətlərindən, şey atmaqdan, tullanmaqdan ibarət olan hərəkətlər olub, insan orqanizminə, xüsusən mərkəzi sinir sisteminə çox güclü təsir göstərir. Ə.Babayev.
4. Atlanıb-düşmək, hoppanıb-düşmək, oynaşmaq. Hamı oturub baş, bədən, qolqıçlarını tərpədərək yerlərində tullanardılar. H.Sarabski. İt istəyir ki, sür-sümükdən yeyib doysun; Quyruğunu belinə qoysun; Oynaqlasın, tullansın. N.Rəfibəyli.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
tullanmaq
I. atılmaq, sıçramaq, hoppanmaq
{atılmak, sıçramak, zıplamak}
II. vurmaq, döymək
{vurmak, dövmek}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
tullanmaq
atlamak, zıplamak