taqət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
taqət
is. [ər.] Güc, qüvvət. Ustanın dili daha söz tutmurdu, ayaq üstə durmağa taqəti yox idi. Çəmənzəminli. Qışın taqəti yoxdur; Döyüşməyə baharla. R.Rza. • Taqət qalmamaq – bax. taqətdən düşmək. Artıq [Qurbanın] dizlərində taqət, vücudunda qüvvət qalmamışdı. A.Şaiq. [Səriyyə:] Mənim dəxi səbir etməyə taqətim qalmadı. C.Cabbarlı. Taqətdən düşmək – gücdən düşmək, daha taqəti qalmamaq, üzülmək. Qəribin getməsindən düz altı ay yarım keçmişdi, Qəribin anası da taqətdən düşmüşdü. “Aşıq Qərib”. [Sevinc:] Az qala taqətdən düşüb yolda qalmışdı. Z.Xəlil. Taqətdən salmaq – əldən salmaq, üzmək. Saldı məni taqətdən ol afəti-dövranım. Heyran xanım. Aclıq, zəiflik bir tərəfdən, yorğunluq və qorxu digər tərəfdən zavallı uşağı taqətdən salmışdı. S.S.Axundov. Taqəti kəsilmək – bax. taqətdən düşmək. [Səriyyə:] Ah, Rüstəm, ürəyim çatlayır! Taqətim kəsilir! C.Cabbarlı. [Yaşlı kişi:] Taqətim tamamilə kəsildiyi üçün paltarımı soyunmadan yatağa sərildim. S.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
taqət
qüvvət, güc, iqtidar, qüdrət
{kuvvet, güç, iktidar, kudret}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
taqət
derman, takat