turklehceleri.org

məcbur

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

məcbur

sif. [ər.] Zorla bir işə sövq olunan, zorla bir işi görməli olan; naçar. [Yusif Sərrac:] ..Mən məcburəm ki, səltənətdən əl çəkib təxtü tacı bir kimsənəyə vagüzar edim. M.F.Axundzadə. Tərk etməyə amalını aləm hamı məcbur. A.Səhhət. • Məcbur etmək – vadar etmək, zorla bir işi gördürmək. [Xədicə:] Hər kəsi özü ilə hesablaşmağı məcbur edərdi. S.Hüseyn. [Sevinc Mahmuda:] Səni məktəbdən qaçmağa məcbur edən tənbəllikdir. Z.Xəlil. Məcbur qalmaq – bax. məcbur olmaq. Mənzil başına çatmadan tramvaydan düşməyə məcbur qaldım. Qantəmir. Məcbur olmaq – vadar olmaq, əlacsız qalaraq bir işi görməli olmaq, bir işi məcburən görmək. [Qız:] Bəlkə Şirmayı anasından qorxub həqiqəti gizlətməyə məcbur olmuşdur? M.Hüseyn. Ataş öz ata yurduna qaçmağa məcbur olmuşdu. Ə.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

məcbur

zor, icbar
{zor, güç}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

məcbur

mecbur


Last searches: