turklehceleri.org

cavab

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

cavab

is. [ər.]
1. Şifahi və ya yazılı suala, sorğuya və s.-yə qarşılıq olaraq söylənən söz (sual, sorğu müqabili). Cavab tapmaq. Cavabı ölçüb-biçmək. Bu cavab olmadı. – Nə üçün trest geridə qalır? Sual qısa və aydın olduğu üçün cavab da eyni dərəcədə qısa və aydın olmalı idi. M.Hüseyn. // Yazılan məktuba, müraciətə və s. cavab olan məktub. ..Məktubun cavabını aldım. Ərizənin cavabı hələ də yoxdur. – Bahadır kağızına cavab gözləyirdi. N.Nərimanov. // Keçilmiş dərsin və ya verilmiş sualın müəllimə izah edilməsi; verilmiş suala dair materialın xülasə edilməsi. Cavablar imtahan komissiyasını qane etdi. Cavablara diqqətlə qulaq asmaq. – ..Ancaq verdiyim izahedici suallara Ağarəhim çox qəşəng cavablar verdi. S.Rəhman. • Cavab vermək – 1) sorğuya qarşılıq olaraq söz demək. Məmməd səbirli tərpəndi, sakit və soyuqqanlı cavab verdi. V.Şıxlı; 2) məsuliyyət daşımaq, cavabdeh olmaq. [Nüsrət:] Hər şey üçün mən özüm cavab verəcəyəm. C.Cabbarlı. [Zahid oğlu:] Qoy indi Fərhad oğlu öz ağ başı ilə ədalət məhkəməsi qarşısında cavab versin! S.Rəhimov. // Çağırışa hay vermə, səsə səs vermə. Cavab əvəzinə yenə də eyni sükut… H.Nəzərli.
2. Riyazi misal və məsələnin həlli, nəticəsi. Məsələnin düzgün cavabını almaq. Misala cavab yazmaq.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

cavab

cevap, mukabele, yanıt

Karachay-Balkar—Turkish Dictionary (Nevruz, 1991)

cavab

(malk.) bk. cuvab.


Last searches: