siftə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
siftə
1. sif. və zərf Qabaqca, əvvəlcə, əvvəl, ilk dəfə olaraq. Siftə Bayramdan başlamalıyam. Ə.Vəliyev. [Mərcan nənə:] Qız xeylağı elə siftə istəmir, sonra olur yağnan bal kimi. B.Bayramov. // İs. mənasında. İlk nəticə verən bir işin başlanğıcı. Siftəsi yaxşı gəlmək. – Sözüm bəyənilib, işim saz olub; Sən allah, siftəmi kor eyləməynən. Aşıq Ələsgər.
2. is. Bir şeyi satıb və ya satın alıb alışverişə başlama. Siftə eləmək. Hələ siftə eləməmişəm. Siftəsi uğurlu oldu.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
siftə
başlanğıc, təşebbüs
{hamle, girişim}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
siftə
siftah