turklehceleri.org

razılıq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

razılıq

is. Razı olma, məmnunluq hissi; məmnuniyyət. Ağrıdan, acıdan yaranır əsər; Ölər yaşanmamış söz bələyində; Bitməmiş, bitəmməz böyük bir əsər; Özündən razılıq kölgəliyində. B.Vahabzadə. • Razılıq (razılığını) almaq – razı olub-olmadığını öyrənmək, razılığını əldə etmək, razı olmasına nail olmaq. [Gülsabah:] [Qüdrət] səni atıb gedirkən səndən razılıq aldımı? C.Cabbarlı. ..Kamalın atası ova hazırlaşanda Kamal onunla getməyə razılığını aldı. M.Rzaquluzadə. Razılıq etmək – razılığını bildirmək, təşəkkür etmək. Nahar qurtarandan sonra Lütfəli razılıq edib öz evinə getdi. İ.Musabəyov. Fətulla hamının əlini sıxıb razılıq etdi. Mir Cəlal. Razılıq vermək – razı olmaq, razı olduğunu bildirmək; icazə vermək. [Sərətan:] Yox, gərək Afətə razılıq verəm; Yoxsa varlığımı parçalayar qəm. M.Rahim.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

razılıq

yekdillik, birlik, əlbirlik, məmnunluq, xoşhallıq
{anlaşma, birlik, elbirliği, memnuniyet, hoşnutluk}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

razılıq

hoşnutluluk, icabet, mutabakat, muvafakat


Last searches: