turklehceleri.org

şax

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

şax

1. is. Ağacdan, koldan ayrılan budaq, qol; dal. Ağacdan iki şax ayrılıb. Pambıq kollarının şaxı. – Quşlar qayıdıb oxur təranə; Şaxlarda tikirlər aşiyanə. A.Şaiq. [Əmiraslan Nurəddinə:] O əlin ilə tutduğun budağın başında gör nə çox gilas var, çıx o şaxı sındır. S.S.Axundov.
2. Ağacın qırılıb yerə tökülmüş yarpaqlı qol-budağı. Kəlbalını yolun qırağında şax, şəvəlin içərisində zarıyan bir halda tapmış və götürmüşdülər. S.Rəhimov.
3. məc. Soyuqluq, şaxta. Gün çıxdı, havanın şaxı sındı. – Havaların şaxı sındığından bu tərpəniş Muzdura çox ilıq gəlirdi. Ə.Əbülhəsən.
4. sif. Hamar, düz; əzgin olmayan. Şax paltar. – Soydular Hacının şax paltarını; Tüfəngtapançanı, üç qatarını. H.K.Sanılı. Yazarsanmı, ay komandir, bax, kağız da tapmışam; Şeri bina köçürməkçin şax kağız da tapmışam. Z.Cabbarzadə.
5. sif. Düz, sərrast, dümdüz, dik. ..[Şərəf] qələmə ağaclar kimi şax və nazikbədənli Şirzadı içəri buraxdı. M.İbrahimov. Məmmədcəfər Məmmədəlidən bir yaş böyük, uzunboylu, şax, qüvvətli bir kişi idi. S.Rəhman. • Şax durmaq (dayanmaq) – düz durmaq, özünü dik saxlamaq. Soldatlar şax durub çest verirdilər. Ə.Haqverdiyev. Qadın diksinmiş kimi düzəlib şax durdu. Mir Cəlal. ‣ (Üzünə) şax baxmaq – cəsarətlə, çəkinmədən, qürurla baxmaq. Özünü şax tutmaq – qürurlu, təşəxxüslü olmaq. [Gülara] özünü şax tutardı. İ.Əfəndiyev. ..Fərman özünü elə şax tutardı ki, elə bil, atasına tapşırılan işin yarısını o görəcəkdi. Ə.Sadıq. Sözü şax (üzünə) demək – birinin yanında heç bir eybi, utanılacaq işi olmadığına görə sərbəst halda fikrini demək, çəkinmədən sözünü demək. [Nəsir] hər kəsin çirkin əməlini şax üzünə deyərdi. S.S.Axundov. [Surxayın] sözü .. şax deməsi Həsən kişiyə ləzzət verirdi. M.İbrahimov. ..[Usta] yaramaz işlərinin üstünü açır, nöqsanlarını şax üzünə deyirdi. M.Hüseyn. Şax gəzmək – heç kəsin yanında eybi, qəbahəti, nöqsanı olmadığına inandığı üçün özünü alnıaçıq, başıuca, dikbaş aparmaq. [Fərman:] Bilirsiniz, həmişə şax gəzmiş bir adamam, indi məni əmim götürüb elə yerə çırpıbdır ki, xəcalətimdən insan arasına çıxa bilməyirəm. Ə.Haqverdiyev. Elə buna görə də [Babacan] hələ şax gəzir, açıq danışır, özünə isnad olunan bir çox nöqsanları boynuna götürmür(dü). Ə.Əbülhəsən. Üzünə şax baxa bilməmək – birinin yanında qüsuru, günahı olduğu üçün ondan utanmaq, xəcalət çəkmək. [Səmirə:] Nə uşaqların, nə də qayınanamın üzünə şax baxa bilirdim. M.Hüseyn. Üzünə şax baxmaq – birinin yanında eyibli işi, qəbahəti olmadığı üçün özünü onun qabağında sərbəst hiss etmək, ona qürurla, cəsarətlə baxa bilmək. [Qulu:] Deyirəm, Cimi, vicdanın olsun, elə elə ki, mən də sənə əməkgünü yazanda utanıb tər tökməyim. Camaatın üzünə şax baxım. İ.Əfəndiyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

şax

I. budaq, qol
{budak, dal}

II. ütülü
{düz}

III. düz, hamar
{düz, pürüzsüz}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

şax

dal

Karachay-Balkar—Turkish Dictionary (Nevruz, 1991)

şax

şah, hükümdar.


Last searches: