turklehceleri.org

qatı

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

qatı

sif.
1. Sıyıq, duru olmayan; mət, qəliz. Qatı palçıq. Qatı şərbət. Qatı şorba. Qatı kütlə. Qatı mürəkkəb. Qatı mürəbbə.
2. Sıx, kəsif, qəliz. Qatı tüstü. Qatı duman. – Alaçıqların bəri yanından nazik, lakin qatı çən zolağı uçub haraya isə gedirdi. M.Hüseyn. Qaranlıq o qədər də qatı deyildi, evlər, ağaclar seçilirdi. S.Rəhman. Dünyamız o qədər qatı dumanda; Gözləri tor bağlar ulduzların da. M.Araz.
3. məc. Çox şiddətli, çox güclü, çox bərk. Qatı soyuq. – Qatı müştaq olmuşam zülfü üzarın buyinə. Nəsimi. Dərdim qatıdır bu gecə lütf eylə, ey dust! Mən bidilü biçarəvü bimarı unutma. Kişvəri. Lakin küçədə gəzişib, azad danışmaq üçün yalnız qatı soyuqlar deyil, xalqın gediş-gəlişi də mane olurdu. M.S.Ordubadi.
4. məc. Sərt, rəhmsiz, amansız, qəddar. Qatı ürək. – [Qacar:] Görürsən? O imiş qatı düşmənim; Onu yandırsam da haqqım var mənim. S.Vurğun. Bu teleqram bir daha o məqsədin son dərəcə vəhşi, amansız və qatı olduğunu anladırdı. M.S.Ordubadi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

qatı

I. mət, qəliz
{sert, şiddetli}

II. sıx, kəsif, qəliz
{sık, yoğun, şiddetli}

III. şiddətli, güclü, bərk
{şiddetli, güçlü, berk}

IV. sərt, rəhmsiz, amansız, qəddar
{sert, acımasız, merhametsiz, gaddar}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

qatı

aşırı, kesif, koyu, müfrit, pek, yoğun


Last searches: