kəmal
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kəmal
bax. kamal. Yəni ki, gətir kəmalə zövqüm; Gündən-günə qıl ziyadə şövqüm. Füzuli. Hər aşiqin ki, sən kimi bir məhcəmalı yox; Nöqsanı var ki, eşqinə əsla kəmalı yox. S.Ə.Şirvani. Elə bil ağladın, canım dağladın; İtirdim kəmalım sən ağlayanda. Molla Cümə. // kit. Bir sıra izafət tərkiblərində təyin etdiyi şeyin təkmilliyini, bitkinliyini, tamlığını, çoxluğunu bildirir, məs.: kəmali-diqqətlə – tam diqqətlə, son dərəcə diqqət yetirilərək; kəmali-qayda ilə – qaydasınca, tamamilə. kəmali-qeyrətlə – çox qeyrət göstərilərək, çox çalışaraq; – Kəblə Novruzqulu kəmali-qayda ilə palçığa oturur. H.Sarabski.