turklehceleri.org

titrəmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

titrəmək

f.
1. Titrəmə tutmaq, əsmək. Geyər cırıq bürünməsin, soyuqda titrəyər, əsər; Gedər odunçu meşəyə, ağac qırar, odun kəsər. A.Səhhət. Mehriban əsəbiləşdiyindən titrəyən (f.sif.) əllərilə kəlağayısını başına doladığı halda [dedi]. S.Hüseyn. // məc. Əsmək. Qoca kövrək səsinin titrədiyini duyub susdu. M.Hüseyn.
2. məc. Yanıb-sönmək, sayrışmaq, titrək işıq vermək. O gündən titrədi məscid şamları; Qərib gecələrin Ay işığında. S.Vurğun.
3. məc. İztirab, narahatçılıq keçirmək, narahat olmaq. Qəhrəmanın öz oğlu üçün nə qədər titrədiyini Firəngiz yaxşı bilirdi. S.Rəhimov. // Dalğalanmaq, əsmək. Xalqın ciyərindən dalğalanaraq; Əllərdə titrədi bir qızıl bayraq. S.Vurğun.
4. məc. Hərəkətə gəlmək, təlatümə gəlmək, sarsılmaq. Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar. C.Məmmədquluzadə. Göyə lərzə düşür bomba səsindən; Dağlar da titrəyib gəlir baş-başa. S.Vurğun.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

titrəmək

I. əsmək, yırğalanmaq, silkələnmək
{esmek, sallanmak, silkelenmek}

II. qorxmaq, sarsımaq
{korkmak, sarsılmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

titrəmək

titremek, zangırdamak


Last searches: