kitabça
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
kitabça
is.
1. Kiçik kitab, balaca kitab. [Pyotr] qəzetlərin arasından bir kitabça ayırıb onlara göstərdi. S.Rəhman. Gülşən xeyli fikirləşdikdən sonra stolun sağ tərəfindəki kitabçanı əlinə götürdü. Ə.Vəliyev.
2. İçərisində mətn və yazı üçün yeri olan dəftərçə şəklində bəzi sənədlərin adı. Çek kitabçası. Əmanət kitabçası. – Əmiraslan döş cibindən əməkgünü kitabçasını çıxartdı. S.Rəhimov.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
kitabça
broşür, cüzdan