hərarət
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
hərarət
is. [ər.]
1. İstilik. Havanın hərarəti. Sobanın hərarəti. – Payızın ilk günləri idi. Günəşin şüaları qüvvədən düşmüş və yayda saçdığı hərarəti verməkdən aciz idi. T.Ş.Simurq. Bahar günəşinin hərarəti tək; Xəyalım dünyanı salama gəlir. S.Vurğun. // İnsan bədəninin istilik dərəcəsi (səhhətin göstəricisi kimi); qızdırma. Xəstənin hərarətini ölçmək. Uşağın hərarəti var. – Yasəmənin qızdırması getdikcə artırdı. Səhər açıldıqda hərarəti 40 dərəcəyə çatdı. S.S.Axundov.
2. məc. Mehribanlıq, səmimiyyət; səmimi, xoş hisslər, xoş münasibət. Dedim, iki anam vardır, qoy var olsun bu həqiqət; Onlarındır şerimdəki bu məhəbbət, bu hərarət. S.Rüstəm. Həbib Gözəlin evində hərarət, körpələrində ünsiyyət, özündə mərhəmət gördüyü kimi, Gözəl də Həbibdə insaniyyət, mehribanlıq hiss edirdi. Ə.Vəliyev.
3. is. Hərarətlə şəklində zərf – mehribanlıqla, səmimiyyətlə, xoş hisslərlə, xeyirxahcasına, coşqunluqla. Hərarətlə görüşmək. – Qadın qollarını açıb, Tahirin boynunu hərarətlə qucaqladı. M.Hüseyn. Gəlirim bu olub ki, neçə insan əlini; gözlərinə dik baxıb; hərarətlə sıxmışam. R.Rza. // məc. Coşqunluqla, qızğınlıqla, ehtirasla. Ortada bir nəfər dayanıb çox hərarətlə danışırdı. S.Rəhman.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
hərarət
I. qızdırma, istilik
{kızdırma, sıcaklık}
II. qızgınlıq, coşgunluq, ehtiras
{kızgınlık, coşkunluk, ihtiras}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
hərarət
hararet, ısı, sıcaklık