geyindirmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
geyindirmək
f.
1. Birinin əyninə paltar geydirmək yaxud paltarı geyməyə kömək etmək. Pişxidmətlər .. şüru etdilər.. Yusif Sərracın köhnə paltarını soyundurmağa və xələti-şahanəni ona geyindirməyə. M.F.Axundzadə. [Gəlini] yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib allah-allah ilə aparırlar. Ü.Hacıbəyov.
2. məc. Örtmək, sarmaq, çulğalamaq. Ağ örtüyə büründürür aləmi; Çulğalayır, geyindirir aləmi. A.Səhhət. ‣ Don geyindirmək – bax. don.