turklehceleri.org

seksiya

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

seksiya

[lat. sectio – bölmə]
1. Bir idarənin, təşkilatın, cəmiyyətin və s.-nin şöbəsi və ya yarımşöbəsi; bölmə. Univermağın hazır paltar seksiyası. – [Tələbə:] Biologiya elminə maraqlandığımdan təbiyyat şöbəsinin bioloji seksiyasında oxumağa başladım. T.Ş.Simurq. // Xüsusi məsələləri müzakirə etmək üçün qurultayda, konfransda ayrılan bölmələrdən biri. Konfransın seksiyalar üzrə işi.
2. tex. Qurğunun, tikilinin və s.-nin bir sıra detallardan, hissələrdən ibarət olan hissəsi; blok. Boru kəmərinin seksiyaları. Evin seksiyaları. – Nov sistemi ayrı-ayrı seksiyalarla məhlulun cərəyanı kəsilmədən təmizlənir. S.Quliyev.


Last searches: