turklehceleri.org

iltifat

Turkish to Pure Turkish Dictionary (Kuleli, 2013)

iltifat

[Köken: Arapça] Gönül alma, Götürü söyleme

Turkish—Tatar Dictionary (Ganiyev, 1998)

iltifat

и. илтифат

Comparative Turkic Languages Dictionary (Ercilasun, 1991)

iltifat

Türkiye Türkçesi: iltifat
Azerbaycan Türkçesi: iltifat ⱨoş söz
Başkurt Türkçesi: iltifat hörmät iⱨtiram
Kazak Türkçesi: iltipat
Kırgız Türkçesi: körp alū kötörö süylö
Özbek Türkçesi: iltifàt
Tatar Türkçesi: iltifat ⱨormät iⱨtiram
Türkmen Türkçesi: ⱨoşamãy söz aytma övme
Uygur Türkçesi: iltipat täkällüp
Rusça: lübeznost' kompliment

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

iltifat

is. [ər.]
1. Lütfkarlıq, lütf, mərhəmət, etina. Vardır şirin-şirin xoş ixtilatın: Nə fayda Vaqifə yox iltifatın. M.P.Vaqif. Kəsmə iltifatın qul Ələsgərdən; Kərəmli sultanım, getmə, amandı. Aşıq Ələsgər. [Eldar:] Mən ağlımı itirmişəm, mənim iztirablarımı sənin ancaq belə iltifatların azalda bilər. S.Hüseyn. // Hörmət, ehtiram, hüsntəvəccöh, gülər üz göstərmə, xoş münasibət. Qarı Aqilin ürək tərpədən iltifatına qarşı indi heyran-heyran baxır. S.Rəhimov. Cəmil utandığından cavab verə bilməyir, yalnız gülümsəyirdi. Sara isə müdirin iltifatından razı idi. Mir Cəlal. • İltifat etmək (eləmək, göstərmək və s.) – 1) mərhəmət etmək, xeyirxahlıq göstərmək, yaxşılıq etmək, mərhəmət edib vermək. Sən belə hərgah mənə qəmxar isən; Bir qədər ip tap, mənə qıl iltifat. A.Səhhət; 2) xoş üz göstərmək, hörmət göstərmək, lütf etmək. Nayib Cəfər bizə iltifat elədi və oturmağa yer göstərdi. C.Məmmədquluzadə. [Mozalan bəy:] Hacı mənə həqiqət artıq iltifat eylədi. Ə.Haqverdiyev. İltifat buyurmaq köhn. – bax. iltifat etmək. [Cəfər:] Bağışlayın, yoldaşlar. Sizdən bir ricam var. Biletiniz varsa, bir naharlıq iltifat buyurun. Çəmənzəminli. Əgər bu növ kəşfiyyatçılardan biri iltifat buyurub türk qadınlığına da balaca bir nəzər salsa idi, .. biz də bu gün seçki zamanında Tükəzban xalanı meydanda tək qoymazdıq. B.Talıblı. ‣ İltifatın(ız) artıq olsun! – təşəkkür bildirir (bəzən kinayə yerində işlənir). [Vəli:] Bəy, iltifatın artıq olsun. Ü.Hacıbəyov. [Nəriman:] Çox sağ ol, Qərənfil! İltifatın artıq olsun! İ.Əfəndiyev. [Sevinc:] İltifatın artıq olsun, biz sənin çörəyini yemirik. Z.Xəlil.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

iltifat

lütfkarlıq, mərhəmət, e’tina
{lütufkârlık, merhamet, itina}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

iltifat

iltifat


Last searches: