fəlsəfə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
fəlsəfə
is. [ər.; yun. phileo – sevirəm və sophio – müdriklik, müdrikliyi sevmək]
1. Təbiətin, cəmiyyətin və insan təfəkkürünün ən ümumi inkişaf qanunları haqqında elm. Antik fəlsəfə. Fəlsəfə tarixi. Orta əsrlər Azərbaycan fəlsəfəsi.
2. Hər hansı bir filosofun, mütəfəkkirin fəlsəfi nəzəriyyəsi, görüşü. Platonun fəlsəfəsi. Bəhmənyarın fəlsəfəsi. – Nəsimi öz fəlsəfəsi və təfəkkürü ilə əlaqədar olaraq, dilimizin çərçivəsini xeyli genişləndirdi. M.İbrahimov. // dan. Bir şey haqqında əmələ gəlmiş inam, əqidə, qənaət; konsepsiya. [Rüstəm bəy Sofya xanıma] nəsihət eləmək istədi, bir də xanımın gözəlliyi onun fəlsəfəsinə qələbə çaldı.. Çəmənzəminli. [Sultan Səmədə:] Sən fəlsəfənin məğzini bilmirsən. Dünya mübarizə dünyasıdır. İ.Hüseynov.
3. Hər hansı bir elmin, bilik sahəsinin və s.-nin əsasını təşkil edən metodoloji prinsiplər. Hüquq fəlsəfəsi. Riyaziyyatın fəlsəfəsi.
4. dan. Həyata keçirilə bilməyən, qeyrireal, lüzumsuz söhbət(lər); mühakimə.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
fəlsəfə
felsefe