tikətikə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
tikə-tikə
zərf Parça-parça, doğramdoğram, tikə-parça. Kağızı tikə-tikə etmək. – [Pəri Cadu:] İtil gözümün qabağından. Bir də səni görsəm, tikə-tikə elərəm. Ə.Haqverdiyev. [Sultan bəy:] Öldürəcəyəm! Bu papaq mənə haram olsun ki, bir də arşınmalçı adı tutsan, tikə-tikə doğrayacağam. Ü.Hacıbəyov.