eşşək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
eşşək
is.
1. At fəsiləsindən iribaşlı, alçaqboylu, uzunqulaqlı yük və minik heyvanı; uzunqulaq. Allaflar çuval-çuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər. A.Şaiq. Qulam dayının aldığı boz eşşək çox baha tamam oldu. M.Hüseyn.
2. İnşaat zamanı bir şeyi saxlamaq üçün altdan qoyulan müvəqqəti dayaq, dirək. Körpünün orta eşşəyi sındı.
3. məc. dan. Qanmaz, kobud, küt, axmaq, cahil adam haqqında (söyüş kimi işlənir). [Nəcəf bəy:] Eşşək, məlun! Sənin sözün də var ata qabağında danışmağa?! Ə.Haqverdiyev.
4. idm. Gimnastika hərəkətləri üçün üzərinə meşin çəkilmiş, hündür dayaqlı tir. ‣ Eşşək nə bilir zəfəran (plov) nədir, eşşək nə bilir xurmanın dadını – qanmaz, yaxşı ilə pisə fərq qoya bilməyən adam haqqında. [Hüseyn:] Sən nə anlayırsan artist nəyə deyirlər? Nə qədər eşşək zəfəranplovdan bir şey anlasa, bir elə də sən anlarsan ki, artist-tragik nədir? Ə.Haqverdiyev. İki eşşəyin arpasını bölə bilməmək – heç bir işdə qabiliyyəti olmayan, bacarıqsız adam haqqında. Onun vücudunu iki şahıya alan olmaz. Kütbaş, bisavad, iki eşşəyin arpasını bölə bilməyən. M.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
eşşək
qanmaz, kobud, küt, axmaq
{akılsız, kaba, anlayışsız, ahmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
eşşək
eşek