sönmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
sönmək
f.
1. Keçmək (yanan şey). Ocaq söndü. Lampa söndü. – ..Ocağın alovu sönüb tamam olurdu. A.Divanbəyoğlu. [Pəncərə] şairin pəncərəsi idi ki, yalnız sübhə yaxın ağ vərəqlərin rəngi sarıya çalanda onun çırağı sönərdi. Ə.Məmmədxanlı.
2. Qaralmaq, işığı kəsilmək. Daş əriyər, günəş sönər; Çıxmaz o gün yaddaşımdan. R.Rza. Səhər ovuna gecikməmək üçün hələ ulduzlar sönməmiş evdən çıxdıq. M.Rzaquluzadə.
3. məc. Sakitləşmək, azalmaq, zəifləmək. Ər-arvad ixtilafı nəinki sönmür, daha da alovlanırdı. Mir Cəlal.
4. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: şam kimi sönmək, ümidi sönmək, ocağı sönmək və s.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
sönmək
I. keçmək, qaralmaq
{geçmek, kararmak}
II. yatmaq, zəifləmək
{azalmak, zayıflamak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
sönmək
körelmek, sönmek