etmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
etmək
f.
1. Bir işi yerinə yetirmək, əmələ gətirmək, görmək, eləmək. Qurbani der: könlüm bundan sayrıdır; Nə etmişəm yarım məndən ayrıdır? Qurbani. [Mehriban] buna baxmayaraq, soyuqqanlılıqla cavab verdi: – Necə istəyirsiniz, ediniz!.. S.Hüseyn. [Yaqub:] Əgər mən də oxuyub təhsil etsəydim, onda gərək mən da bir mədən sahibinin qabağında sürünüb, ona nökərçilik edəydim. B.Talıblı.
2. Köməkçi feil kimi isimlərlə yanaşı işlənib mürəkkəb feil əmələ gətirdiyi zaman ismin mənası ilə bağlı olan hərəkəti bildirir; məs.: şəhadət etmək, dad etmək, düçar etmək, etina etmək.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
etmək
görmək, eləmək
{yapmak, eylemek}